Rusiya prezidenti Vladimir Putin və Slovakiyanın baş naziri Robert Fiko Ukraynadakı vəziyyətlə bağlı, eləcə də enerji sahəsində ətraflı söhbət aparıblar.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya liderinin köməkçisi Yuri Uşakov deyib.
“Görüş iki saat davam etdi və çox detallı oldu” - o qeyd edib.
Uşakovun sözlərinə görə, siyasətçilər danışıqların nəticələrindən razı qalıblar. O, əlavə edib ki, Fikonun Moskva səfəri Ukrayna lideri Vladimir Zelenskinin Ukrayna ərazisindən istənilən qaz tranzitinin əleyhinə olması ilə bağlıdır.