01:20
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Efiopiyadakı səfiri Ruslan Nəsibov burundili həmkarı Villi Nyamitve ilə ikitərəfli münasibətlərin gücləndirilməsini müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Afrika ölkəsinin səfirliyi sosial şəbəkədə bildirib.

“Burundi səfiri Villi Nyamitve Efiopiyada Azərbaycan səfiri Zati-aliləri Ruslan Nəsibovla görüşməkdən məmnun olub. Onların müzakirəsi ikitərəfli münasibətlərin gücləndirilməsinə və iki ölkə arasında səmərəli əməkdaşlıq imkanlarının araşdırılmasına yönəlib”, – səfirliyin paylaşımında qeyd olunub.

Azərbaycanlı diplomat isə sosial şəbəkə hesabında görüşməkdən məmnunluğunu bildirərək ölkələr arasında “ikitərəfli münasibətlər və gələcək planlar barədə səmimi fikir mübadiləsi aparıldığını” vurğulayıb.

Qeyd edək ki, Burundi Şərqi Afrikada yerləşir. 11 milyondan çox əhalisi olan respublika ən az inkişaf etmiş ölkələrdən biri hesab olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər