16:23
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova hökuməti Dnestryanı problemin sülh yolu ilə həllinə sadiq olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Moldova Nazirlər Kabinetinin Reinteqrasiya Bürosu bəyanat yayıb.

Bəyanatda bildirilir ki, rəsmi Kişineu Dnestryanı məsələsinin həlli ilə bağlı mövqeyinə sadiqdir, bu, sülh yolu ilə, danışıqlar vasitəsilə, ölkə və regionun sabitliyinə zərər vurmadan həllini tapmalıdır.

Xatırladaq ki, Rusiya Xarici Kəşfiyyat Xidməti bundan əvvəl Moldova hökumətinin Dnestryanıda müharibəyə hazırlaşmaqda ittiham etmişdi.

Dnestryanı 1990-cı illərdə işğal edilmiş Moldova vilayətidir. Birtərəfli qaydada Moldovadan müstəqilliyini elan edən separatçı bölgə beynəlxalq səviyyədə tanınmır. Qondarma qurum Rusiya tərəfindən dəstəklənir.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər