Dekabrın 24-nə keçən gecə 10 mərtəbəli bina ölçüsündə nəhəng “Milad asteroidi” Yer kürəsinin yanından keçəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
"2024 NX1" kimi tanınan kosmik obyekt Yerdən təxminən 7,21 milyon km məsafədən saatda 23 min km sürətlə keçəcək.
NASA-nın məlumatına görə, obyekt Yerə ən yaxın nöqtəsinə dekabrın 24-ü GMT vaxtı ilə saat 02:56-da çatacaq. Alimlər onun diametrini 29 ilə 70 metr arasında olduğunu qeyd edirlər.
Kral Qrinviç Rəsədxanasından astronom Cess Li qeyd edib ki, asteroid Yerdən Aya qədər təxminən 18 dəfə məsafədə olacaq ki, bu da onun planetimizlə qarşılaşma ehtimalını istisna edir.
Lakin potensial toqquşmanın nəticələri dağıdıcı ola bilər. Diametri 70 metr olan asteroid 2000 kvadrat kilometr ərazini dağıda bilər.