23 Dekabr 23:49
287
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşı Nəcəf Həsənov intihar edib.

Teleqraf.com "Modern.az"a istinadən xəbər verir ki, o, Xankəndi şəhərində müəllimlərin yaşadığı çoxmənzilli yaşayış binasında həyatına son verib.

Mərhumun yaxınlarının verdiyi məlumata görə, N.Həsənov bir neçə gündür ki, özünü narahat hiss edirmiş.

Meyit müayinə üçün morqa aparılıb. Tibbi ekspertizanın nəticələrindən sonra ölümün səbəbi açıqlanacaq.

Qeyd edək ki, Nəcəf Həsənov Təhsil İdarəsinin Xocalı rayon sektorunda aparıcı məsləhətçi kimi çalışırdı.

Faktla bağlı araşdırma aparılır.

22:07

Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin müəllimi Nəcəf Həsənov bu gün qəfil dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, Laçın rayon Qorçu kəndinin 47 yaşlı sakini N.Həsənovun insult keçirdiyi bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər