19:17
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün axşam saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Səhiyyə Nazirliyində əməliyyat həyata keçirilib.

Teleqraf.com "Bakupost.az"a istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılanlar var.

Bildirilir ki, əməliyyat ölkədə geniş rezonans doğuran saxta plastik cərrahlarla bağlı məsələ ilə əlaqədardır.

Qeyd edək ki, plastik cərrahlara saxta sertifikatların verilməsi ilə bağlı məsələdə Səhiyyə Nazirliyinin yüksək vəzifəli məmurlarının - nazir müavini İlqar Qasımov və İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovanın adı hallanırdı.

Əlavə məlumat veriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər