Rumıniya Xarici İşlər Nazirliyi vətəndaşlarına Rusiyaya səfərdən çəkinməsi ilə bağlı tövsiyə verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Rumıniya Xarici İşlər Nazirliyi bu qərarın mövcud geosiyasi kontekst və regionda təhlükəsizlik vəziyyətinin inkişafı nəzərə alınaraq qəbul edildiyini qeyd edib. Tövsiyələrə Avropa vətəndaşları üçün vizaların verilməsinə Rusiya Federasiyasının tətbiq etdiyi məhdudiyyətlər də təsir edib.