5 Noyabr 10:43
4 980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Türkiyə arasında heç bir gərginlik yoxdur və olmayacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri rusiyalı politoloq Stanislav Tarasov deyib.

İki ölkə arasında Ukrayna ilə bağlı son qarşılıqlı danışıqları şərh edən analitik söyləyib:

“Türkiyə 2022-ci ildə kifayət qədər uğurlu vasitəçi kimi çıxış etdi. Rusiya buna təşəkkürlə cavab verdi, amma sonradan Qərb İstanbul razılaşmasını pozdu. İstanbuldakı birinci görüşdən sonra Ankara yeni təşəbbüslər irəli sürdü. Amma Rusiya Türkiyə tərəfinin bu bəyanatlarını siyasi cəhətdən davam etdirmədi. Həmçinin Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayıb, çünki vasitəçi neytral olmalıdır. Vasitəçi sanksiyalara qoşulan kimi, münaqişə edən tərəflərdən birinin yanında yer almış olur. Çox güman ki, indi bu resurs tükənib”.

Tarasov əlavə edib ki, İstanbulda ikinci görüş və Ukrayna ilə razılaşma olmayacaq: “Hansısa danışıqların olacağını söyləmək çətindir, kapitulyasiya ola bilər, burada türklərin iştirakı vacib deyil”.

İki ölkə arasında gərginliyin oladığını söyləyən ekspert bildirib:

“Gərginlik yoxdur və olmayacaq. Əməkdaşlığı davam etdiririk, bir çox layihələri birlikdə həyata keçiririk. Bu o demək deyil ki, Türkiyə həmişə Rusiyanın istədiyi kimi hərəkət edəcək, Rusiya isə Türkiyənin istəyinə uyğun davranmayacaq. Bizim öz milli maraqlarımız var və onlar bütün məsələlərlə üst-üstə düşmür və münasibətlərimizdə bir neçə epizodda anlaşılmazlığın yaranması əvvəllər də olub, indi də var və gələcəkdə də olacaq. Əsas odur ki, Rusiya-Türkiyə münasibətlərində Qərbin təzyiqləri gücləndiyi bir dövrdə, iki ölkə çox ciddi əməkdaşlığı davam etdirir, ticarət dövriyyəsi 40 milyard dollara çatır. Böhran normaldır və iki ölkə arasında münasibətlər də normal vəziyyətdir”.

Türkiyə xarici işlər naziri Hakan Fidan bundan öncə bəyan etmişdi ki, Ukraynanın ərazi bütövlüyü qorunmalıdır. Onun rusiyalı həmkarı Sergey Lavrov isə Türkiyənin Ukraynaya silah satdığını söyləmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər