5 Noyabr 14:17
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden bir müddətdir Respublikaçılar Partiyasından namizəd Donald Trampın seçilməsi üçün əlindən gələni edir.

Teleqraf.com xəbər verir ki, bunu ReAl Partiyasının sədri Natiq Cəfərli deyib.

“Böyük siyasi təcrübəsi olan Bayden son zamanlar Trampa əlindən gələn yardımı edir. Çünki Demokratlar Partiyası ona çox hörmətsizlik etdi, Harrisin “mən Bayden olmayacam” açıqlaması isə prezidenti bərk qəzəbləndirib. Məncə, Bayden qəsdən Tramp tərəfdarlarını “zibil” adlandırdı, bununla da seçkiyə 6-7 gün qalmış Respublikaçılara böyük yaxşılıq etmiş oldu. Hər halda, hələ ki, fəaliyyətdə olan prezident Baydendir, komandası hələ də onun sözünə baxır.

Harris artıq elan edib ki, qalib gəlsə, Bayden administarsiyasında yer alan hər kəsi dəyişəcək. Bu bəyanatdan sonra Bayden komandasının bəzi üzvləri əlini daşın altına qoymaqdan imtina etdilər. Demokratların “ikona”sı olan Obama ailəsi belə seçkilərdə çox da aktivlik göstərmədi. Çünki Obamalar Harrisi daha çox Klinton ailəsinin namizədi sayırlar”, - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, bu gün ABŞ-də növbəti prezident seçkiləri keçirilir. Yarış iki əsas namizəd – demokrat Kamala Harris və respublikaçı Donald Tramp arasında gedir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər