5 Noyabr 16:12
419
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail və ya ABŞ İrana hücum etmək üçün İraqın hava məkanından istifadə edərsə, “İslam Müqaviməti” Hərəkatı bu ölkədəki Amerika hərbi bazalarını vuracaq.

Teleqraf.com xəbər verir ki, bunu İraq “Hizbullah Ən-Nücəba” hərəkatının lideri Əli əl-Əsədi deyib.

“Amerikalılara İraqın hava məkanından istifadə etməsinə icazə verildiyi sübut olunsa, ABŞ bazalarına zərbələrlə cavab verəcəyik”, - hərəkat lideri bildirib.

Əsədi əlavə edib ki, bu durumda cavab İraq “İslam Müqaviməti”nin bütün birləşmələrindən gələcək.

Hərəkat lideri həmçinin İsrailin İrana qarşı son hücumu zamanı İraqın hava məkanından istifadə edildiyinə dair iddiaların həqiqətə uyğun olmadığını söyləyib. Onun iddiasına görə, İsrail Suriya, İordaniya və Səudiyyə Ərəbistanının hava məkanlarından istifadə edib.

“İslam Müqaviməti” Tehranın İraqdakı proksi qüvvələr və ya terrorçu qruplaşmalarını özündə birləşdirən bir platformadır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər