5 Noyabr 17:25
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran məhkəməsi 2020-ci ildə ölkənin aparıcı nüvə alimlərindən biri Möhsün Fəxrizadənin öldürülməsinə görə üç nəfəri edam cəzasına məhkum edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin məhkəmə sisteminin sözçüsü Əsgər Cahangiri məlumat verib.

“Bəzi araşdırmalardan sonra Qərbi Azərbaycan vilayətində (Güney Azərbaycan - red.) həbs edilən 8 nəfərdən 3-ü İsrail rejiminə casusluq etməkdə günahlandırılıb”, - Cahangiri bildirib.

Fəxrizadə 2020-ci ilin noyabrında Tehran yaxınlığında öldürülüb. İran baş verənlərə görə İsraili günahlandırıb.

İsrail heç vaxt qətli şərh etməyib.

İranın nüvə proqramındakı roluna görə ABŞ tərəfindən Fəxrizadəyə sanksiya tətbiq olunmuşdu.

2018-ci ildə İsrail hökuməti Möhsün Fəxrizadəni İranın nüvə silahı hazırlamaq səylərinə rəhbərlik etməkdə ittiham etmişdi, Tehran bununla razılaşmamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər