5 Noyabr 17:52
1 410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya və İran Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək məqsədilə canlı qüvvə göndərə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Ali Radasının Xarici Siyasət Komitəsinin sədri Aleksandr Merejko deyib.

Qurum rəhbəri Şimali Koreyadan sonra İran, Suriya və Çinin Rusiyaya canlı qüvvə baxımından dəstək olub-olmayacağı ehtimalı ilə bağlı bildirib:

“Artıq Şimali Koreya bu addımı atıb. Həmçinin hazırda Rusiyada bir neçə minə yaxın Kuba vətəndaşı var. Guya kubalılar bunu Kuba rejiminin razılığı olmadan edirlər. Kubanın belə gizli şəkildə dəstəkləməsi istisna edilmir. Mən Venesuela diktatorunun da canlı qüvvə göndərə biləcəyini istisna eləmirəm”.

Onun fikrincə, Şimali Koreyadan başqa heç kimin açıq hərəkət etməsi ehtimalı yoxdur:

“Suriya və İran da mümkündür. Xüsusilə Rusiyadan böyük dərəcədə asılı olan Suriya. Bu, gizli şəkildə ola bilər. Hətta görürsünüz ki, şimali koreyalılar da özlərini Buryatiyadan gələn qüvvələrin tərkibində gizlətməyə çalışırlar”.

Merejko Çindən danışarkən, Pekinin buna açıq şəkildə cəsarət etməsinin mümkün olmadığını vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər