5 Noyabr 18:57
257
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa prokurorluğu polisin korrupsiyaya qarşı mübarizə bölməsinin əməkdaşları ilə birlikdə ABŞ-ın “Netflix” şirkətinin Paris filialının ofislərində axtarış aparıb.

Teleqraf.com xəbər verir ki, “Marianne” nəşrinin məlumatına görə, iş vergi ödənişləri ilə bağlı dələduzluq faktı üzrə açılıb. Digər fransız mediasında “Netflix”in Amsterdam ofislərində də axtarışlar aparıldığına dair xəbərlər yayılıb. İstintaq ilkin mərhələdədir və cinayət işi başlanacağı anlamına gəlmir.

Xatırladaq ki, “Netflix” film və seriallar istehsalı ilə məşğul olan böyük Amerika şirkətidir. 1997-ci ildə yaradılan kompaniyanın mənzil-qərargahı Kaliforniya ştatında yerləşir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər