İran Prezidenti Məsud Pezeşkian Azərbaycana gələcək.
Teleqraf.com "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir ki, Pezeşkian Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) İran nümayəndə heyəti ilə birlikdə iştirak edəcək.
Xatırladaq ki, İsrail Prezidenti İsxak Hersoq da COP29-da ölkəsini təmsil edəcəyini açıqlayıb.