6 Noyabr 01:05
347
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Corciya ştatında bomba hədələrinə görə iki seçki məntəqəsinin fəaliyyəti dayandırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“İddia edilən bombalarla bağlı beş məlumat daxil olub. Onların hamısının yalan olduğu üzə çıxdı, lakin Fulton dairəsindəki iki məntəqədə binaları yoxlamaq üçün iş yarım saatlıq dayandırıldı”, – telekanal xəbər verir.

Hazırda hər iki seçki məntəqəsinin normal rejimdə fəaliyyət göstərdiyi bildirilir. Həmçinin qeyd olunur ki, hər kəs seçkidə iştirak edə bilsin deyə bu səsvermə məntəqələrinin iş saatları uzadıla bilər.


Müəllif: Arzu

Oxşar xəbərlər