5 Noyabr 23:34
315
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Euronews" Azərbaycanda COP29-a hazırlıq prosesi ilə bağlı reportaj hazırlayıb.

Teleqraf.com xəbər verir ki, reportajda COP29 konfransının iqlim diplomatiyasında dönüş nöqtəsi olacağı bildirilir.

"Bakıda Olimpiya Stadionunun yanında 112 min m²-lik bir meydança yaradılıb və burada iqlim maliyyələşdirilməsi və tullantıların azaldılması ilə bağlı mühüm məqsədləri müzakirə etmək üçün 40 mindən çox nümayəndə və dünya liderləri toplanacaq. Azərbaycan COP29-un ev sahibi olmaqla iqlim dəyişikliyinə qarşı mübarizəyə sadiqliyini nümayiş etdirir", - süjetdə deyilir.

Burada, həmçinin Heydər Əliyev Beynəlxalq Hava Limanında yaradılmış şərait, nəqliyyatın intellektual idarə olunması tədbirləri və genişləndirilmiş yerləşdirmə imkanları vurğulanır ki, bu da Azərbaycanın tədbiri keçirməyə hazırlığını göstərir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər