6 Noyabr 02:14
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsraildə Baş nazir Netanyahunun müdafiə naziri Yoav Qallantı vəzifədən azad etməsindən sonra başlayan aksiya genişlənib.

Teleqraf.com xəbər verir ki, nümayişçilər Təl-Əvivdə Ayalon şossesində od yandırıb, həmçinin yollarda nəqliyyatın hərəkətinə maneə törədirlər.

Etirazçılar Netanyahunun iqamətgahı qarşısında da toplaşıblar.

İsrailin "12-ci" telekanalı xəbər verir ki, etirazçılarla polis və bağlanan yollarda ilişib qalan sürücülər arasında toqquşma yaşanır.

Qeyd edək ki, Netanyahu az öncə müdafiə naziri Yoav Qallantı vəzifədən azad edib və onun yerinə XİN başçısı israil Katzı təyin edib. XİN başçısı vəzifəsi isə portfelsiz nazir Gideon Saara təklif edilib.

Müxalifət müharibə gedən ölkədə müdafiə nazirinin işdən çıxarılmasına etiraz edib və aksiyalar başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər