7 Noyabr 20:55
346
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukraynada münaqişənin uzanması diplomatiya üçün getdikcə daha az imkan yaradır".

Teleqraf.com Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyinin Budapeştdə keçirilən sammitində çıxışı zamanı deyib.

Eyni zamanda, o, bu münaqişənin yaratdığı neqativliyin hər gün daha da pisləşdiyini bildirib.

Türkiyə lideri oktyabrda Rusiya prezidenti Vladimir Putinlə görüşdüyünü, ondan əvvəl isə Ukraynanın xarici işlər naziri Andrey Sibiqanı qəbul etdiyini də xatırladıb.

“Mən onlara diplomatiya üçün məkanın açılmasının zəruriliyi ilə bağlı mesajlarımızı çatdırdım”- Ərdoğan deyib.


Müəllif: Arzu

Oxşar xəbərlər