7 Noyabr 21:03
435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sankt-Peterburqda naməlum şəxslər "Oktyabr İnqilabı"ın ildönümündə Vladimir Leninin abidəsinə hücum edib.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli "Teleqram" kanallarında məlumat yayılıb.

Məlumata görə, hadisə Krasnoe Seloda baş verib. Noyabrın 7-də yerli parkda yerləşən Leninin abidəsinin altına ağ boya ilə “Yəhudi və cəllad” yazıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının hadisə yerində olduğu bildirilib.


Müəllif: Arzu

Oxşar xəbərlər