7 Noyabr 21:26
430
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hazırda heç kim ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna ilə bağlı necə davranacağını deyə bilməz"

Teleqraf.com "UNIAN" agentliyinə istinadən xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk deyib.

Hökumət başçısı bildirib ki, beynəlxalq ictimaiyyət Trampdan dinamik prezidentlik gözləyə bilər. Onun fikrincə, növbəti Amerika liderinin siyasəti indiki dövlət başçısı Co Baydenin kursundan ciddi şəkildə fərqlənəcək.

“Bu, bizim üçün əsas təhlükəsizlik məsələsində, yəni Ukrayna, Rusiya, müharibə məsələsində onun nə edəcəyidir. Bilmirəm, bu gün dünyada bu suala mütləq cavab verəcək kimsə varmı”, - Tusk deyib.

Eyni zamanda, baş nazir qeyd edib ki, Trampın ABŞ prezidenti kimi ilk dövründə onlar arasında yaxşı münasibət yaranıb. Buna baxmayaraq, seçilmiş Amerika lideri müəyyən bir növ gözlənilməzliyi ilə seçilir. Buna görə də onun hərəkətləri həm rəqiblərini, həm də müttəfiqlərini təəccübləndirə bilər.


Müəllif: Arzu

Oxşar xəbərlər