"Rusiya hərbçiləri Kupyanskdan bir neçə kilometr aralıda yerləşir, onlar Ukrayna Silahlı Qüvvələrinin dayaq məntəqələrini zəbt edərək ərazinin dərinliyinə doğru irəliləyirlər".
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarkov vilayətinin administrasiyasının rəhbəri Vitali Qançev məlumat verib.
Qançevin sözlərinə görə, Rusiya Silahlı Qüvvələri tədricən Xarkov vilayətindəki ərazinin dərinliyinə doğru irəliləyir və Ukrayna Silahlı Qüvvələrinin dayaq məntəqələrini tutur.