7 Noyabr 23:13
360
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qazaxıstan Rusiya prezidenti Vladimir Putinin qarşıdan gələn səfərinə hazırlaşır".

Teleqraf.com rus mediasına istinadən xəbər verir ki, bunu Astanada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdə respublika prezidenti Qasım-Jomart Tokayev deyib.

"Biz inanırıq ki, bu səfər dövlətlərarası münasibətlərimizdə əlamətdar hadisə olacaq", - Tokayev deyib.

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər nümunəvidir və inkişaf edir. Tokayevin sözlərinə görə, noyabrın sonuna planlaşdırılan səfər Rusiya Federasiyası ilə Qazaxıstan arasında müttəfiqliyə müsbət təsir göstərəcək.


Müəllif: Arzu

Oxşar xəbərlər