7 Noyabr 21:55
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail "Boeing Co" (BA.N) şirkətindən 25 ədəd yeni nəsil "F-15" qırıcı təyyarəsinin alınmasına dair müqavilə imzalayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, 5,2 milyard dollarlıq müqavilə bu ilin əvvəlində ABŞ ad oministrasiyası və Konqresi tərəfindən təsdiqlənmiş ABŞ-nin daha geniş yardım paketinin bir hissəsidir.

Nazirlikdən bildirilib ki, yeni "F-15IA" təyyarələrinin tədarükü 2031-ci ildə başlanacaq və ildə 4-6 təyyarə təhvil veriləcək.

Təyyarə mövcud İsrail silahları ilə inteqrasiya olunmuş silah sistemləri ilə təchiz olunacaq, həmçinin artırılmış uçuş məsafəsi və faydalı yükə malik olacaq.

"Bu üstünlüklər İsrail Hərbi Hava Qüvvələrinə Yaxın Şərqdə mövcud və gələcək məsələlərin öhdəsindən gəlməkdə strateji üstünlüyün qorunub saxlanılmasına imkan verəcək", - deyə nazirliyin bəyanatında qeyd edilib.

"Bu "F-15" eskadrilyası bu ilin əvvəlində alınmış üçüncü "F-35" eskadrilyası ilə birlikdə bizim hava gücümüzün və strateji imkanımızın tarixi yüksəlişini təmsil edir ki, bu imkanlar cari müharibə zamanı həlledicidir", - deyə Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamir bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər