"Kiyev ABŞ seçkilərində qalib gələn respublikaçı Donald Trampın Ukrayna ilə bağlı konkret hərəkətlərinin nədən ibarət olacağını hələ də anlamır".
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski "Telegram" kanalında məlumat verib.
“Dünən mən prezident Trampla danışdım... Yaxşı, məhsuldar söhbət oldu. Təbii ki, onun konkret hərəkətlərinin nədən ibarət olacağını hələ deyə bilmərik. Amma biz ümid edirik ki, Amerika daha da güclənəcək” - Zelenski deyib.
Zelenskinin sözlərinə görə, Avropaya güclü Amerika, ABŞ-a isə güclü Avropa lazımdır.