8 Noyabr 01:12
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Avropa İttifaqına üzv olmaq cəhdlərini əngəlləməyin heç bir izahı olmadığını deyib.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan bu barədə Budapeştdə keçirilən Avropa Siyasi Birliyinin sammitində çıxışı zamanı deyib.

“Türkiyə kimi namizəd ölkənin Avropa İttifaqına üzvlük prosesinin uzun illər əngəllənməsinin ağlabatan izahı yoxdur” - Ərdoğan bildirib.

O, respublikanın qitənin çiçəklənməsinə və təhlükəsizliyinə mühüm töhfə verdiyini xatırladıb. Ərdoğan Avropa İttifaqını Türkiyədə terrorçu elan edilən PKK və FETÖ ilə mübarizədə əməkdaşlığa çağırıb.


Müəllif: Arzu

Oxşar xəbərlər