8 Noyabr 01:38
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın həftələrdə Ukraynaya yeni silah tədarükü təşkil olunacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq brifinq zamanı bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun Ukraynaya hərbi yardım üçün 6 milyard dollara yaxın vəsaiti qalıb və onu yeni administrasiya gələnə qədər istifadə etməyi planlaşdırır.

“Pentaqonun ehtiyatlarında təxminən 4 milyard dollarımız qalıb. Prezident Konqresə səlahiyyət müddətinin qalan hissəsində onlardan istifadə edəcəyi barədə məlumat verdi. ABŞ -da hələ də USAİD vasitəsilə təxminən 2 milyard dollar vəsaitimiz var ” - Pentaqonun sözçüsü bildirib.

O, Ukraynaya yardım paketlərinin yaxın həftələrdə elan ediləcəyini və yeni Tramp administrasiyası yanvarda vəzifəyə başlayana qədər davam edəcəyini söylədi.


Müəllif: Arzu

Oxşar xəbərlər