"Bakıda keçirilən COP29 sammitində iştirak etməkdən məmnunluq duyuram".
Bu sözləri Teleqraf.com-a açıqlamasında ÜST-ün İraqdakı nümayəndəsi və missiya rəhbəri Georges Alfred Ki-Zerbo bildirib.
O, COP29 ilə bağlı təəssüratlarının yüksək olduğunu deyib:
"COP29 mənə çox gözəl təsir etdi. Burada multikurtural dəyərlər, mədəni irs və çoxmədəniyyətlilik vacib əhəmiyyət daşıyır. Bu dəyərləri öyrənmək və paylaşmaq baxımından bu sammiti ən ideal platforma hesab edirəm. İqlim məsələləri ilə bağlı əməkdaşlıq və tərəfdaşlıq etmək vacibdir. Çünki iqlim məsələləri çox qlobal əhəmiyyət daşıyır. Bu həm lokal, həm regional və qlobal məsələdir".
ÜST-ün İraqdakı nümayəndəsi və missiya rəhbəri əlavə edib ki, İraq da Azərbaycan kimi iqlim məsələləri ilə bağlı bir çox layihələrə rəhbərlik edib: "Həm hökümət strukturumuz, həm maraq dairələrimiz oxşardır. İraq da Azərbaycanı bu layihələrdə dəstəkləyir. Ümumdünya Səhiyyə Təşkilatında İraq və Azərbaycanın maraqları eynidir".