21 Noyabr 15:36
262
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gələcəkdə baş verən hadisələri proqnozlaşdırmaq üçün daha güclü erkən xəbərdarlıq sistemləri yaradılmalıdır".

Teleqraf.com xəbər verir ki, bunu BƏƏ-nin İqlim Dəyişikliyi və Ətraf Mühit naziri Amna bint Abdullah Al Dahak COP29 çərçivəsində baş tutan "Rio-Trio təşəbbüsü: Davamlı ekosistemlər üçün konvensiyalararası biliklərin artırılması" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, bu, baş verdiyi halda siyasətçilər daha düzgün qərarlar qəbul edə biləcək:

"Bu da daha effektiv və hədəflənmiş cavaba gətirib çıxaracaq. Yalnız birlikdə işləməklə biz real təsir göstərə bilərik, çünki paylaşılan məlumatlar bir çox həlləri asanlaşdırır. Əməkdaşlığı gücləndirən sinergiyaları aşkar edə, resursların az qiymətləndirildiyi sahələri müəyyən edə və müxtəlif dövlət qurumları arasında problemlər haqqında daha ümumi anlayış yarada bilər".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər