16:09
12 Punto 14 Punto 16 Punto 18 Punto

"COP29-da iştirak edən ölkələr arasında iqlim maliyyəsi məsələsində razılığa meyllilik hiss etsəm də, fikir ayrılıqları hələ də qalır".

Teleqraf.com xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş COP29 çərçivəsində keçirilən mətbuat konfransında deyib:

"Fikir ayrılıqları mövcud olduğuna görə, yekun nəticəyə gəlmək üçün tərəflərin təkana ehtiyacı var. Hər bir kəs bilməlidir ki, iqlim maliyyəsinin razılaşdırılmasından imtina heç bir halda yaranmış vəziyyətdən çıxış yolu sayıla bilməz. Əksinə, bu məsələ həm qısamüddətli səyləri təhlükə altına ata, həm də iqlim dəyişikliyi ilə mübarizə üzrə yeni milli planların hazırlanmasını ləngidə bilər.

Müxtəlif komponentlərdən istifadə etməklə reallaşdırılması nəzərdə tutulan bu məqsədlər inkişaf etməkdə olan ölkələrin maliyyə tələbatlarını nəzərə almaqla müəyyənləşdirilməlidi. Əlbəttə, maliyyə vəsaiti bütün ölkələrin özlərinin iqlim hədəflərini reallaşdırmasına imkan verəcək səviyyədə müəyyən olunmalı, bütün ölkələrin iqlim dəyişikliyinin zərərli təsirlərindən qorunmasını mümkün etməli, xalqlar arasında etimadı möhkəmləndirməlidir".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər