12:39
239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda prezident seçkiləri dekabrın 14-də keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə parlamentin sədri Şalva Papuaşvili bildirib.

Onun sözlərinə görə, seçiləcək dövlət başçısının andiçmə mərasimi isə dekabrın 29-na təyin olunub.

Qeyd edək ki, qonşu ölkədə dövlət başçısı ilk dəfədir birbaşa səsvermə ilə seçilməyəcək. Növbəti beş il üçün prezidenti 300 nəfərdən ibarət seçicilər kollegiyası təyin edəcək. Seçicilər Gürcüstan parlamentinin deputatları, Acarıstan və Abxaziya muxtar respublikalarının üzvləri, həmçinin yerli özünüidarəetmə orqanlarının nümayəndələrindən ibarət olacaq.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər