13:50
215
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsi Cənubi Qafqazda sülh və sabitliyi təmin edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Yaşar Gülər deyib.

“Yaxın Şərqdə davam edən böhranlı durum və xarici ölkələrin artan fəallığından faydalanmağa çalışan Cənubi Kiprin rum administrasiyasının adada humanitar yardım adı altında həyata keçirdiyi sabitliyə zərər vuran fəaliyyətlərini yaxından izləyirik.

Qafqazda da regional sülh və sabitliyin Azərbaycan və Ermənistan arasında imzalanacaq hərtərəfli sülh sazişi vasitəsilə əldə olunacağını da vurğulamaq istəyirəm”, - müdafiə naziri bildirib.

Gülər Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi antiterror əməliyyatları barədə də açıqlama verib:

“Qəhrəman əsgərimizin böyük fədakarlığı və səyləri ilə artıq Zapda (Şimali İraq) kilid bağlanıb. Bölgədəki fəaliyyətlərimiz eyni temp və əzmlə davam edir və edəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər