İsrail və Livan arasında razılaşdırılmış atəşkəs çərşənbə günü, noyabrın 27-də yerli vaxtla saat 04:00-dan qüvvəyə minəcək.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden xüsusi müraciəti zamanı deyib.
Onun sözlərinə görə, bu zaman Livan-İsrail sərhədində döyüşlər dayandırılacaq.
O, həmçinin qeyd edib ki, Livanın Hizbullah hərəkatının və digər qrupların qalan qüvvələrinin yenidən İsrailin təhlükəsizliyinə təhdid yaratmasına icazə verilməyəcək.