15:46
295
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa Prezidenti Anjey Duda Yerasxda (Arazdəyən) Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının heyəti ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, prezident Aİ-nin Arazdəyəndəki müşahidə missiyası ilə birlikdə Azərbaycanla sərhəddə patrulda iştirak edib.

“Prezident Anjey Duda Avropa İttifaqı missiyasının müşahidə məntəqəsində Polşa heyəti ilə görüşüb. Avropa İttifaqının Ermənistan Respublikasındakı missiyasının rəhbəri Markus Ritter, müavini isə polşalı Marek Kuberskidir. Missiya 2023-cü ilin fevralında iki il müddətinə yaradılıb və məqsədlərinə vəziyyətin monitorinqi və Ermənistanla Azərbaycan arasında sərhəddə patrul xidməti daxildir”, - Duda X sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, dünən Polşa liderinin missiyasının fəaliyyətinə baş çəkmək üçün bölgəyə gedəcəyi açıqlanmışdı


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər