Rusiya siyasətçisi Boris Nemtsovun kabinetində axtarış aparılıb.
Teleqraf.com-un TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, Nemtsovun Yaroslavl rayon dumasında yerləşən kabinetində axtarış aparılıb.
Məlumata əsasən, kabinetdə olan korespondensiya üçün qutu fevralın 28-də deputatların yanında möhürlənilib.
Xatırladaq ki, Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən olan B.Nemtsov fevralın 28-də gecə Moskvanın mərkəzində küçədə ağ avtomobildən bir neçə dəfə atılan atəş nəticəsində hadisə yerində keçinib.