Türkiyədə bir kişi həyat yoldaşına "Səni sevmirəm" dediyinə görə cərimələnib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük boşanmaq üçün artıq məhkəməyə müraciət edib. Məhkəmə hər ikisinin günahkar olduğu barədə qərar qəbul etsə də, Ali Appelyasiya Məhkəməsi ərin öz arvadına onu sevmədiyini bildirməsini qadını "emosional zorakılığa" məruz qoyması kimi yozulub. Bu səbədənkişinin arvadına kompensasiya ödəməsi barədə qərar çıxarılıb.
Qadın bildirib ki, ərinin sözləri ona "emosional müstəvidə mənfi təsir göstərib”. O, deyib ki, əri tez-tez evdən gedib.
Öz növbəsində ər arvadı tərəfindən tez-tez söyüldüyünü bildirib.
Rüstəm