Çad prezidenti İdris Debit “Boko Haram” terror təşkilatının lideri Əbu Bəkr Şekaunun harada olduğunu bildiklərini açıqlayıb.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, Debit bunu nigeriyalı həmkarı İsufu Mahamadu ilə görüşündə səsləndirib: “Çad ordusu Şekaunun harada olduğunu bilir. Təslim olmasa, onu öldürəcəyik”.
Debit keçirilən əməliyyatlardan sonra təşkilatın zəiflədiyini və terrorçuların qorxuya düşdüyünü vurğulayıb.
Samir