"İslam Dövləti" terror təşkilatının dörd xarici məsləhətçisi İraqın şimal Naynava vilayətində saxlanılıb.
Trend TASS agentliyinə istinadan məlumat verir ki, saxlanılanların üçü ABŞ və İsrail, biri isə Fars körfəzi ölkələrinin birinin vətəndaşıdır. Onlar Bağdadda yerləşən İraq təhlükəsizlik qüvvələrinin xüsusi mərkəzində yerləşdirilib.
Məsləhətçilər Naynava vilayətinin "İslam Dövləti"nin nəzarəti altında olan rayonların birində rayonu azad etmə əməliyyatı zamanı saxlanılıblar. Verilən məlumata görə, əməliyyat zamanı çoxlu sayda ekstremist məhv edilib.