10 Mart 2015 23:12
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin Sinay yarımadasındakı polis məntəqəsinə hücum edilib.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, ilkin məlumatlarda bombalı hücum nəticəsində bir mülki şəxsin həlak olduğu, 24 polis işçisinin isə yaralandığı bildirilib.

Hadisə Əl-Araş əyalətinin mərkəzi şəhərində, bölgədə keçirilməsi planlaşdırılan böyük investisiya konfransı ərəfəsində baş verib. Təhlükəsizlik mənbələri bildirib ki, polis kamikadzenin məntəqəyə daxil olmasının qarşısını alıb və mülki şəxs hücum baş verərkən oradan təsadüfən keçib.

Misir uzun müddətdir ki, Sinay yarımadasında islamçı qiyamçılara qarşı mübarizə aparır. Onlar 2013-cü ildə prezident Mursinin devrilməsindən sonra daha da fəallaşıblar.

Samir


Müəllif: