15 Mart 2015 15:36
4 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin ötən ilin fevralında Yanukoviçdən Kiyevdən getməməyi və şəhərin küçələrindən asayiş keçikçilərini geri çəkməməyi xahiş edib.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, Rusiya prezidenti bu barədə "Krım. Vətənə gedən yol" filmində danışıb.

"Birincisi, o,(Yanukoviç-red) mənə fevralın 21-də axşam zəng etdi. Bildirdi ki, regional konfransda iştirak etmək üçün Xarkova getməyə hazırlaşır. Mən gizlətməyəcəyəm, ona öz fikrimi dedim. Bildirdim ki, belə situasiyada paytaxtı tərk etməsən, daha yaxşı olar".

Putinin sözlərinə görə,Yanukoviç bu barədə düşünməyi və az sonra ona zəng etməyi vəd edib: "Bir qədər sonra Yanukoviç yenidən zəng edib bildirdi ki, bütün qüvvələri Kiyevdən çıxarıb və Xarkova getməyi qət edib. Bildiyiniz kimi, müxalifət həmin gün prezidet administrasiyası və hökuməti ələ keçirdi".

Nihad


Müəllif:

Oxşar xəbərlər