Yaponiyanın sabiq baş naziri Yukio Hatoyama Krımın Baş Prokuroru Natalya Poklonskayanın heyranı olduğunu deyib.
Məlumata görə, Krımda səfərdə olan Hatoyama bildirib ki, cazibədar porkurorun gözəlliyinə heyran qalıb.
"Lakin təəssüflər olsun ki, Krımda səfərdə olsam da proqramda onunla görüşüm nəzərdə tutulmayıb", - deyə sabiq baş nazir bildirib.
Hatoyama səfər çərçivəsində yarımadanı gəzib, bir sıra görüşlər keçirib. Görüşlərdə Rusiya-Yaponiya arasında mövcud iqtisadi əlaqələr müzakirə edilib.
Bundan başqa sabiq baş nazirin Krım Federal Universitetində tələbələrlə görüşü olub./ans/