İranın nüvə proqramı üzrə razılaşma əldə olunsa, regiondakı digər dövlətlər atom yanacağını inkişaf etdirməyə başlaya bilər.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı şahzadəsi Turku əl-Faisal deyib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı və digər ölkələr də bu hüququ tələb edəcək: “Həmişə demişəm ki, bu danışıqlarda nə əldə olunsa, biz də onu istəyəcəyik. Beləliklə İran uranı hər hansı səviyyəyə zənginləşdirə bilsə, bunu təkcə Səudiyyə Ərəbistanı tələb etməyəcək. Bu yolu getmək üçün qapılar bütün dünyaya açılacaq, bu da məmin P5+1 danışıqlarına etirazımın əsas səbəbidir”.
Samir