Almaniyanın Lufthansa milli aviaşirkətinin pilotları tətil keçirmək qərarına gəlib.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, sabahdan başlayacaq tətil şirkətin qısa və orta-məsafəli uçuşlarına təsir edəcək.
Tətili pilotların "Vereinigung Cockpit" ittifaqı təşkil edib. Etiraza səbəb təqaüd şərtlərinin pilotlar üçün əlverişsiz olmasıdır.
Bu, Lufthansada son zamanlar baş verən çoxsaylı tətillərdən biridir.
Tətil 24 saat davam edəcək və Almaniyanın bütün aeroportlarına təsir edəcək. Son bir il ərzində baş verən tətillər Lufthansa şirkətinə 232 milyon avroya başa gəlib.
Samir