18 Mart 2015 10:56
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın paytaxtı Afinada yerləşən həbsxanalarda aclıq keçirən məhbuslara dəstək məqsədilə aksiyalar təşkil edilib.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, şəhər mərkəzindəki Afina universitetinin qarşısında toplaşan və özlərini hakimiyyət əleyhinə anarxistlər adlandıran etirazçı kütlə parlament binasının yerləşdiyi Sintaqma meydanına tərəf yürüş keçiriblər. Bu zaman polislə etirazçılar arasında iğtişaşlar yaşanıb. Nümayişçilər polislərə daş və dəyənəklərlə hücum edib. Bir neçə polis maşını yandırılıb, yaxınlıqdakı mağazaların və bankların şüşələri qırılıb, avtobus dayanacaqları, telefon köşkləri yararsız hala salınıb. Təhlükəsizlik qüvvələri gözyaşardıcı qazdan istifadə edərək, etirazçıları şəhər mərkəzindən uzaqlaşdırmağa çalışıblar. İğtişaşlar zamanı çoxlu sayda fəalın həbs olunduğu açıqlanıb.

Qeyd edək ki, yunan məhbuslar ədliyyə nazirinin istefası tələbilə aclıq aksiyasına başlayıb. Yerli medianın verdiyi xəbərə görə, ölkə miqyasında bu tətilə yüzlərlə məhbus qoşulub.

Samir


Müəllif:

Oxşar xəbərlər