Sinqapurlu siyasətçi Li Kuan Yu 91 yaşında vəfat edib.
Teleqraf.com-un "İnterfaks"a istinadən xəbərinə görə, bu barədə Sinqapur baş nazirinin saytında bildirilib.
Xəbərə görə, Sinqapurun birinci baş naziri Singapore General Hospital-da yerli vaxtla 03:18-də (Bakı vaxti ilə 22:18 ) vəfat edib.
Sinqapur hökumətinin keçmiş rəhbəri 7 həftə idi ki, xəstəxanada idi. O, fevralda ağır pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Li Kuan Yunu "Sinqapur iqtisadi möcüzəsi"nin yaradıcısı adlandırırlar. O, 1959- 1990-ci illərdə Sinqapurun baş naziri olub. Onun rəhbərliyi illərində Sinqapur "üçüncü dünya"nın kasıb ölkəsindən Yer üzünün ən varlı dövlətlərindən birinə çevrilib.
Nihad