24 Mart 2015 12:30
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın baş naziri Heydər əl-Abadi apreldə Vaşinqtona səfər edəcək.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, nazir səfəri zamanı ABŞ prezidenti Barak Obama ilə İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı davam edən əməliyyatları müzakirə edəcək.

Aprel ayının 14-də baş tutacaq görüş əl-Abadinin baş nazir olduğundan bəri Birləşmiş Ştatlara ilk səfəri olacaq.

Obama ilə görüş zamanı ABŞ və İraq arasında geniş-miqyaslı əməkdaşlığın da müzakirə olunacağı gözlənilir.

Samir


Müəllif:

Oxşar xəbərlər