Böyük Britaniyanın baş naziri Devid Kemeron seçkilərdə qalib gəlmək üçün qeyri-adi üsula əl atıb.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, Kemeron seçkilərdə qalib gələcəyi təqdirdə İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının tərəfində vuruşan və yayımlanan bir çox görüntülərdə əsirlərin başını kəsən “Cihatçı Con” ləqəbli şəxsi məhv edəcəyinə söz verib.
Qeyd edək ki, mayın 7-də keçiriləcək seçkilərdə qalib gələcəyi halda Kemeron yenidən hökumətə başçılıq edəcək.
Samir