Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Ukraynaya səfərini ləğv edib.
APA-nın TSN.ua xəbər portalına istinadən verdiyi məlumata görə, bu barədə Avropa İttifaqının Ukraynadakı nümayəndəliyinin mətbuat katibi David Stulik bildirib.
“Federika Moqerini Jan-Klod Yunker ilə birlikdə Kiyevə gəlməyi planlaşdırırdı”, deyə D.Stulik bildirib.
Məlum olduğu kimi, Avropa Komissiyasının sədri Jan-Klod Yunkerin də Ukraynaya səfəri ləğv olunub. Ukrayna prezidenti Pyotr Poroşenko ilə telefon danışığı zamanı Aİ rəsmisi səhhətində yaranan problemlərlə əlaqədar səfərinin qeyri-müəyyən müddətə təxirə salınmasını bildirib.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyasının sədri martın 30-da Kiyevdə Milli İslahat Şurasının iclasında iştirak etməli idilər.