İran Neft İxracatçısı Ölkələrin Təşkilatında (OPEC) neft hasilatı üzrə öz kvotasını sürətlə bərpa eləməyə hazırdır. Tehran yeni texnologiyalardan istifadə və xarici sərmayələri cəlb eləməklə “qara qızıl”ın hasilatını artırmaq üçün özünün istehsal gücünü artırmalıdır.
Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə İranın neft nazirinin beynəlxalq və kommersiya məsələləri üzrə müavini Hüseyn Zamaniya bildirib.
Onun sözlərinə görə, dünya neft şirkətləri artıq İranın neft layihələrində iştirakla bağlı öz maraqlarını ifadə edib və ölkənin Neft Nazirliyi daxil olan təklifləri nəzərdən keçirməyə başlayıb.