Çexiya prezidenti Millos Zeman deyib ki, ABŞ səfirinə Çexiya dövlət başçısının iqamətgahı olan Praqa qəsruinə ayaq basmağı qadağan edib.
Prezidenti qəzəbləndirən ABŞ-ın Praqdakı səfiri Andrew Schapiro-nun Zemanın 9 may qələbə gününü qeyd etmək üçün Moskvaya getmək qərarı ilə əlaqədar verdiyi şərh olub.
Moskvanın Qırmızı meydanında Vladimir Putin tərəfindən keçiriləcək 9 may nümayiş və paradında iştirakı Rusiyanın Ukrayna qarşı təcavüzünə cavab olaraq bir çox Avropa liderləri boykot edirlər.
İndi bəlli olur ki, Zeman bu boykota qoşulmayıb.
Zeman Amerika səfirini “cızığını keçməkdə” ittiham edib.
“Buna görə də mənim iqamətgahımın qapısı cənab Shapiro üçün bağlıdır – deyib Çexiya prezidenti, - Mən düşünmürəm ki, Vaşiqntondakı Çexiya səfiri ABŞ prezidentinə hara səfər etməsi barədə məsləhət verə bilərdi və mən heç bir xarici səfirin mənim səfər planlarıma qarışmasına yol verə bilmərəm”.
Bu sərt bəyanatın dərhal ardınca, prezidentin sözçüsü Jiri Ovcacek izah edib ki, cənab Shapiro, əlbəttə, Praqa qəsrində keçirilən ictimai tədbirlərə qatıla bilər.
ABŞ səfiri prezidentin bəyanatını şərh etməyi lazım bilmədiyini söyləyib.
Prezidentlik institutu əsasən mərasim xarakteri daşıyan Çexiyada Zeman əvvəllər də sərt, lakin emosional bəyanatlar verib. /Azadlıq radiosu/