7 Aprel 2015 12:27
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Şimali Karolina ştatının Çapel Hil qəsəbəsində 3 müsəlman gəncin ölümü ilə bağlı məhkəmə başlayıb.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, prokuror gəncləri öldürən 46 yaşlı Kreyq Stefan Hiksə edam cəzası istəyib. Durham şəhərində baş tutan iclasda hakim prokurorun istəyini qəbul edib.

Qərarın icra müddəti açıqlanmayıb.

Qeyd edək ki, fevralın 10-da baş verən hadisə zamanı Hiks 23 yaşlı tələbə Deah Barakat, onun 21 yaşlı həyat yoldaşı Yusor Məhəmməd Əbu Salha və 19 yaşlı bacısı Razan Məhəmmədi güllələyib.

Samir


Müəllif:

Oxşar xəbərlər